Cənubi Koreya və ABŞ Koreya Müharibəsini rəsmən bitirmək üçün potensial bəyannamə layihəsinin mətni üzərində razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Yung Ui Yanq keçirdiyi mətbuat konfransında bildirib.
Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb və buna görə də yarımada texniki olaraq hələ də müharibə vəziyyətindədir.
“Cənubi Koreya və ABŞ artıq müharibənin başa çatmasının əhəmiyyətini anlayırlar və hər iki tərəf faktiki olaraq layihə mətni üzərində razılığa gəliblər. Şimali Koreya dəfələrlə müsbət reaksiya göstərib, lakin biz bir qədər daha konkret reaksiya gözləyirlər”, - deyə o qeyd edib.
Cənubi Koreyanın XİN rəhbəri həmçinin qeyd edib ki, hökumət Şimali Koreya ilə danışıqlarda irəliləyiş əldə etməyin yollarını axtarır. Mümkün bəyannamənin mətni hələlik KXDR-ə göndərilməyib.
Akif İsmayılov