Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətinində əldəqayırma partlayıcı qurğu partladılıb.
Modern.az xəbər verir ki, bu barədə"Anadolu" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Hadisə nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Partlayış tibb mərkəzinin yaxınlığında törədilib. Yaralılar xəstəxanalara yerləşdirilib.
Polisin ərazini mühasirəyə aldığı və axtarış əməliyyatına başladığı qeyd olunur.
Akif İsmayılov