Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 184 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatada sutka ərzində COVID-19 infeksiyası ilə əlaqədar 369 647 nəfərin test edildiyi, 39 681 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 854 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilir.
Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 134 774 peyvənd tətbiq edilib ki, bunun 91,66 faizi birinci, 83,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.