Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Amerikanın 40-cı prezidenti Ronald Reyqanın keçmiş müşaviri Üuxqn Massini vətəndaşlığa qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.
Massi ABŞ-Rusiya münasibətlərinin normallaşmasında və soyuq müharibənin sona çatmasında mühüm rol oynayıb.
Suzan Massi may ayında Vladimir Putindən ona Rusiya vətəndaşlığını verməsini xahiş edib. O, 1984-1988-ci illərdə Ronald Reyqanın müşaviri olub, 1985-1986-cı illərdə Ağ Evin rəhbəri və SSRİ prezidenti Mixail Qorbaçovun Cenevrədə və Reykyavikdə görüşlərinin hazırlanmasında iştirak edib.
Akif İsmayılov