ABŞ-ın Texas ştatında helikopter qəzaya uğrayıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə bir nəfər həyatını itirib, daha 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, insident yerli vaxtla saat 11:45-də baş verib. Bell 206 helikopteri Livinqstonun cənub-şərqindəki meşədə qəzaya uğrayıb.
Həlak olan 54 nəfər yaşlı sərnişin olub, pilot və daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri barədə məlumat verilməyib, hazırda araşdırma aparılır.