Modern.az

Bayden Putinə söz verdi - Danışığın TƏFƏRRÜATI

Bayden Putinə söz verdi - Danışığın TƏFƏRRÜATI

31 Dekabr 2021, 12:05

Xəbər verildiyi kimi, ötən axşam Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakov liderlərin təxminən 1 saata yaxın davam edən qapalı söhbətinin bəzi təfərrüatlarını mətbuata açıqlayıb.

Onun sözlərinə görə, Co Bayden Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb.

“Prezident Baydenin söhbət zamanı bir neçə dəfə “nüvə müharibəsi başlaya bilməz və onun heç bir qalibi olmaz” deməsi çox vacib mesajdır. Amerikalılar ABŞ və Rusiyanın dünyada ən böyük nüvə potensialına malik ölkələr olduğunu başa düşərək bundan çıxış edirlər”, - deyə Uşakov bildirib.


Putinin köməkçisinin sözlərinə görə, “Bayden həmçinin vurğulayıb ki, Rusiya və ABŞ həm Avropada, həm də dünyanın başqa yerlərində sülh və təhlükəsizliyin təmin edilməsində əsas rol oynaya bilər və oynamalıdır”.


Uşakovun bildirdiyiniə görə, Bayden Putini əmin edib ki, Vaşinqton Ukraynada hücum xarakterli zərbə silahları yerləşdirmək niyyətində deyil.


“Bu söhbət zamanı Amerika tərəfdən gələn əsas mesaj prezident Baydenin ABŞ-ın Ukraynaya hücum silahları yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bildirməsi oldu”, - deyə Putinin köməkçisi bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, Vladimir Putin qeyd edib ki, substantiv danışıqların davam etdirilməsi istəyi Rusiyanın amerikalılara verdiyi sənədlərdə də yer alan əsas məqamlardan biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama