Litvanın Belarusla sərhədinin 150 km-dən çox hissəsinə tikanlı məftillərdən hazırlanmış hasar çəkilib.
Modern.az xəbər verir ki, bu barədə Litva parlamentinin komitə sədri Laurinas Kasciunas məlumat yayıb.
Onun sözlərinə görə, uzunluğu təxminən 680 km olan bütün Litva-Belarus sərhədi 2022-ci ilin payızına qədər hasarla qorunacaq və video monitorinq sistemləri ilə təchiz olunacaq.
“Qeyri-qanuni miqrasiyaya, eləcə də qaçaqmalçılığa effektiv nəzarət edəcək videomüşahidə sisteminin tətbiqi ilə bağlı artıq sazişlər imzalanıb”, - komitə rəhbəri yazıb.
Akif İsmayılov