Rusiya donanması təxminən 10 yeni "Zirkon" adlı hipersəs sürətə malik qanadlı raketi sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi Rusiya donanmasına istinadən məlumat yayıb.
Raketlərin freqatdan və iki sualtı qayıqdan buraxıldığı bildirilir.
Rusiya prezidenti Vladimir Putin bu silahı yeni nəsil misilsiz silah sistemi kimi qiymətləndirib.
Putin ötən həftə keçirilən raket sınağını “ölkə üçün böyük hadisə” adlandırıb və əlavə edib ki, bu, Rusiyanın müdafiə qabiliyyətinin artırılmasında “əhəmiyyətli addım”dır.
Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər. Bu, qitələrarası ballistik raketdən daha yavaşdır, lakin hipersəs raketlərin forması ona hədəfə doğru və ya müdafiədən uzaqda manevr etməyə imkan verir.
Akif İsmayılov