Modern.az

Türkiyədə gündəlik yoluxma 40 mini keçdi

Türkiyədə gündəlik yoluxma 40 mini keçdi

Dünya

31 Dekabr 2021, 22:25

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 163 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda 372 516 nəfərin test edildiyi, 40 786 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 968 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 646 005 peyvənd tətbiq edilib ki, bunun 91,69 faizi birinci, 83,14 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama