Modern.az

Bayram 12 nəfərin ölümünə səbəb oldu

Bayram 12 nəfərin ölümünə səbəb oldu

1 Yanvar 2022, 10:17

Hindistanda bayram günü yaranan izdiham 12 nəfərin həlak olmasına səbəb olub.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Cammu və Kəşmir ştatında dini bayram vaxtı Vaişno Devi məqbərəsinin yaxınlığında baş verib. Hadisə zamanı 13 nəfər ağır yaralanıb.

İzdihama səbəb kimi zəvvarlar arasında yaranan mübahisə əsas göstərilir. Hindistanın baş naziri Narendra Modi bildirib ki, həlak olanların ailələrinə təzminat olaraq 200 min rupi (2,6 min dollar) veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?