Avropanın bir çox ölkəsi yeni ilə koronavirusun “Omicron” variantının yayılmasına qarşı yenidən tətbiq edilən məhdudiyyətlər altında girib.
Modern.az xəbər verir ki, genişmiqyaslı açıq hava tədbirlərinin keçirilmədiyi Avropa ölkələrində sakinlər evlərdən atəşfəşanlıq və canlı televiziya şoularını izləməyə məcbur olublar.
Almaniyanın paytaxtı Berlinin simvollarından biri olan Brandenburq Qapısı qarşısında hər il 100 mindən çox insanın iştirak etdiyi atəşfəşanlıqda yeni il şənlikləri koronavirus səbəbiylə ikinci ildir ki, keçirilmir.
Yalnız Almaniyanın ictimai televiziyası “ZDF” tərəfindən yayımlanan konsertin Brandenburq Qapısı qarşısında keçirildiyi göstərilib.
Eyni zamanda, Almaniya daxilində atəşfəşanlıq da qadağan edib.
Bu il Almaniyada qeyri-adi mülayim isti havanın təsirli olması da diqqət çəkib.
Niderland da yeni il şənliklərini COVID-19-un kölgəsində keçirir.
Hökumət yeni il ərəfəsində fişəng satışını və nümayişini qadağan edib. Bu məhsulları tapa bilməyənlər yeni ili qonşu ölkələrdən, xüsusən də Belçikadan gətirilən partlayıcı vasitələrlə qarşılayıblar.
Hollandiya polisi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən fişənglərə qarşı silsilə tədbirlər görməyə çalışsa da, ölkənin bir çox şəhərində atəşfəşanlıq olub.
COVID-19 ilə mübarizədə “sürü toxunulmazlığı” strategiyasına əməl edən İsveçdə sosial məsafəyə riayət edilmədən atəşfəşanlıq nümayiş olunub. Paytaxtın mərkəzində baş tutan nümayişdə yüzlərlə insan iştirak edib, onlarla polis və təcili yardım maşını müşayiətçi olub. Atəşfəşanlığı izləyənlərin maska taxmadığı da müşahidə edilib.
Digər tərəfdən, İsveçdə Milad alış-verişinin sıx olduğu son həftədə COVID-19 epidemiyasında böyük artım olub.
Dünyada ən çox gündəlik yoluxma halı son 24 saatda 10,874 ilə İsveçdə aşkar edilib.