Hindistan və Pakistan iki ölkənin nüvə obyektləri haqqında məlumatları və məhbuslarının siyahısını mübadilə ediblər.
Modern.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nüvə obyektlərinin siyahısının mübadiləsi onlara hücumların qarşısını almaq üçün 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. Bu da regionda təhlükəsizliyin qorunmasında ən mühüm tədbirlərdən biri hesab olunur. Belə sənədlərin ilk mübadiləsi 1992-ci il yanvarın 1-də baş tutub.
Məhbusların siyahısının mübadiləsi isə 2008-ci il razılaşmasına uyğun olaraq həyata keçirilib. məlumata görə, Pakistanda 628 hindistanlı məhkum, Hindistanda isə 355 pakistanlı məhkum var.
Akif İsmayılov