Türkiyənin paytaxtı Ankara şəhərində avtobus zəncirvari qəzaya səbəb olub.
Modern.az TRT-yə istinadən xəbər verir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb.
Qəza nəticəsində 16 nəfər yaralanıb.
Əraziyə polis və təcili yardım cəlb edilib.
Akif İsmayılov