Modern.az

80 il əvvəl yoxa çıxan gəmi tapıldı

80 il əvvəl yoxa çıxan gəmi tapıldı

Dünya

2 Yanvar 2022, 20:12

İkinci Dünya müharibəsi zamanı İtaliyanın yoxa çıxan “Jantina” adlı sualtı qayığı Egey dənizinin dibində tapılıb.

 

Modern.az ​​​​​xəbər verir ki, bu barədə “Eskpress” nəşri məlumat yayıb.

 

“Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxmışdı. Lakin 1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılmışdı.

 

“Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.

 

Suya 1932-ci ilə buraxılmış “Jantina” İspaniyada vətəndaş müharibəsində iştirak etmişdi. 1941-ci il iyulun 5-də Britaniyanın “Torbey” sualtı qayığından buraxılmış 6 torpeda ilə batırılan qayıqdan yalnız 6 dənizçi xilas ola bilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama