Modern.az

Bu il neft bazarında bolluq olacaq

Bu il neft bazarında bolluq olacaq

Dünya

3 Yanvar 2022, 18:11

Ötən il neft bazarında defisit müşahidə olunsa da, 2022-ci ildə bolluq olacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə OPEC+ platformasının Texniki Komitəsinin hesabatında qeyd olunub. 

 

Hesabatda bildirilir ki, yeni ildə neftə olan gündəlik tələbatın 4,2 milyon barel artaraq 100,8 milyon barelə çatacağına dair daha əvvəl verilmiş proqnoz qüvvədə qalır. 

 

Həmçinin bu il neft bazarında gündəlik təklif tələbi 1,4 milyon barel üstələyəcək, neft ehtiyatlarının həcmi 525 milyon barel artacaq. Ən böyük artım mart, aprel və noyabr aylarında gözlənilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama