Əfqanıstan baş nazirinin müavini Əbdül Salam Hənəfi Rusiya investorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Hənəfinin özü məlumat yayıb.
Nümayəndə heyətinə hansı iş adamlarının daxil olduğu açıqlanmır.
"Görüşdə neft və qaz emalı müəssisələrinin, sement və ərintilərin istehsalı zavodlarının istehsalı və yaradılması, həmçinin sement istehsalı üzrə şirkətin yaradılması ətraflı müzakirə olunub", - deyə o bildirib.
Akif İsmayılov