Modern.az

Saakaşvilidən yeni tələblər 

Saakaşvilidən yeni tələblər 

Dünya

3 Yanvar 2022, 20:28

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.

 

Modern.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.

 

Vəkillər bildirib ki, Saakaşvili konfidensiallığa riayət edilməklə rabitəni bərpa edilməsini və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaradılmasını istəyir.

 

Bildirilir ki, bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil bu addımın nədən ibarət olacağını açıqlamayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama