Modern.az

Tunisdə helikopter qəzası - 2 ölü

Tunisdə helikopter qəzası - 2 ölü

Dünya

4 Yanvar 2022, 00:27

Tunisə ordusuna məxsus hərbi helikopter ölkənin şimalında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi Tunisin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Hadisə nəticəsində pilot və köməkçi pilot həlak olub.

 

Nazirlik daha əvvəl pilotun ağır yaralandığını bildirmişdi. Helikopter Bizerte vilayətində kəşfiyyat missiyası həyata keçirirdi.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama