Gürcüstanda yeni növ koronavirusun (COVID-19) ən son ortaya çıxan "Omicron" ştammına yoluxanların sayı 148 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzi məlumat yayıb.
Gürcüstanda bu ştamma ilk yoluxma dekabrın 20-də qeydə alınıb. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib.