"Telegram" mesencerinin işində problemlər yaranıb.
Modern.az xəbər verir ki, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı məlumat yayıb.
Texniki qüsurlar əsasən Rusiya və Ukraynada qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin 50 faizi tətbiqin işində, 36 faizi serverə qoşulmada, 14 faizi isə ismarıcların göndərilməsində problemlərlə üzləşiblər.