Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı təlim uçuşu zamanı qəza enişi edib.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Döyüş təyyarəsinin şassisi açılmayıb və pilot təyyarəni o formada endirmək məcburiyyətində qalıb. İnsident Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasında baş verib.
Bildirilir ki, hadisə nəticəsində pilot xəsarət almayıb.