Modern.az

Qazaxıstan prezidenti hökuməti İSTEFAYA GÖNDƏRDİ

Qazaxıstan prezidenti hökuməti İSTEFAYA GÖNDƏRDİ

Dünya

5 Yanvar 2022, 07:57

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

 

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

 

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

 

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama