Fransa prezidenti Emmanuel Makron apreldə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb, lakin hələ ki özünü rəsmən namizəd elan etməyib.
Modern.az xəbər verir ki, o bu barədə “Parisien” qəzetinin suallarını cavablandırarkən danışıb.
"Bəli, seçkilərdə iştirak etmək istəyirəm. Amma mən əmin olmalıyam ki, istədiyim qədər gedə biləcəyəm”, - deyə Makron bildirib.
Fransada prezident seçkiləri bu ilin aprelində keçiriləcək.
Artıq 3-dən çox namizəd, o cümlədən “Milli birlik” partiyasının sədri Marin Lö Pen, “Yenilməz Fransa” partiyasının namizədi Jan-Lük Melanşon, sağ mərkəzçi Respublikaçılar Partiyasından namizəd Valeri Pekres,
jurnalist və yazıçı Erik Zemmur, Avropa Ekologiya-Yaşıllar Partiyasının namizədi Yannik Jado, Sosialist Partiyasının namizədi - Paris meri Ann İdalqo və Kommunist Partiyasının namizədi Fabyən Rusel də prezident seçkilərinə qatılacaqlarını bəyan ediblər.