Modern.az

Pakistan Türkiyədən helikopter alınmasını dayandırdı

Pakistan Türkiyədən helikopter alınmasını dayandırdı

Dünya

5 Yanvar 2022, 18:29

Pakistan 2018-ci ildə Türkiyədən sifariş verilən 30 ədəd T129 “Atak” helikopterinin tədarükünü ləğv etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Babar İftixar məlumat yayıb.

 

Qeyd olunub ki, Pakistan hazırda Z-10ME helikopterlərinin alınması üçün Çinlə danışıqlar aparır.

 

Pakistan 2018-ci ildə 1,5 milyard ABŞ dolları dəyərində 30 ədəd T129 helikopteri sifariş edib. Lakin helikopterin istehsalında ABŞ istehsalı mühərrik istifadə edildiyindən, satılması üçün Vaşinqtonun icazəsi lazım idi. ABŞ icazə vermədiyi üçün helikopterlərin satışı həyata keçirilmədi.

 

Akif İsnayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi