Rusiyanın “Aeroflot” aviadaşıyıcı şirkəti Qazaxıstanda hökumət əleyhinə etirazlara görə Moskva-Almatı reysini ləğv edib.
Modern.az xəbər verir ki, saat 20:55-də gerçəkləşməli olan reys ləğv olunub.
“Aeroflot”un Moskvadan Nur-Sultana reysi isə hazırda cədvəl üzrə olduğu kimi qalır.
Qeyd edək ki, ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb.