Modern.az

Toni Bleyrin cəngavər titulu geri alına bilər

Toni Bleyrin cəngavər titulu geri alına bilər

Dünya

5 Yanvar 2022, 19:14

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyrə verilmiş cəngavər titulunun geri alınması üçün imza kampaniyası keçirilir.

 

Modern.az xəbər verir ki, petisiyanın təşkilatçıları Bleyri İraq müharibəsindəki roluna görə ittiham edirlər.

 

Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Elizabet 1997-2007-ci illərdə hakimiyyətdə olmuş Leyboristlər Partiyasının sabiq liderini ölkənin ən yaşlı və ən yüksək səviyyəli cəngavər rütbəsi olan “Qarter” ordeni ilə təltif edib. Beləliklə, onun adının qarşısına “Ser” titulu əlavə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama