Gürcüstanda yeni növ koronavirusun (COVID-19) ən son ortaya çıxan "Omicron" ştammına yoluxan şəxslərin sayı 253-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.
O qeyd edib ki, "Omicron" ştammına real yoluxma göstəricisi təsdiqlənmiş hallardan 3-4 dəfə çoxdur.
Məlumata görə, "Omicron" artıq Gürcüstanda daxili yoluxma mərhələsinə keçib.