Modern.az

ABŞ-dan Qazaxıstandakı hadisələrlə bağlı AÇIQLAMA

ABŞ-dan Qazaxıstandakı hadisələrlə bağlı AÇIQLAMA

Dünya

5 Yanvar 2022, 22:30

“Qazaxıstanda baş verən etirazlarda ABŞ-ın əli olması ilə bağlı iddialar ağılsızlıq və yalandır”.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

 

O bildirib ki, Qazaxıstanda baş verənlərin arxasında ABŞ-ın dayandığına dair Rusiyanın bir sıra ağılsız bəyanatlarını eşidirlər: “Bunun tamamilə yalan olduğunu və standart Rusiya dezinformasiya təlimatlarının bir hissəsi olduğunu vurğulayacağam. Biz bunu son illərdə çox görmüşük”.

 

Psaki, həmçinin qeyd edib ki, Ağ Ev Qazaxıstanda etiraz aksiyaları ilə bağlı xəbərləri izləyir: “Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə öz tələblərini dinc yolla bildirməyə çağırır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama