Modern.az

KTMT-nin hərbi qüvvələri artıq Qazaxıstandadır

KTMT-nin hərbi qüvvələri artıq Qazaxıstandadır

6 Yanvar 2022, 11:23

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri artıq Qazaxıstana göndərilib.


Modern.az xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb. 


Məlumatda qeyd edilib ki, Rusiya Hava-desant Qüvvələri Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin bir hissəsidir.


Son məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti artıq Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.


Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
 

Kollektiv Qüvvələrinin əsas vəzifələri dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyəti sabitləşdirmək olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama