ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstan xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdiyə zəng edib.
Modern.az xəbər verir ki, telefon danışığı zamanı Blinken ABŞ tərəfinin Qazaxıstanda baş verən hadisələri diqqətlə izlədiklərini söyləyib.
O, Qazaxıstanda mətbuatın müstəqilliyini və konstitusion institutlara dəstəyini vurğulayıb.
Blinken ölkədə vəziyyətin dinc yolla həll olunacağına ümidini ifadə edib.