Modern.az

Qazaxıstana yeridilən KTMT qoşunlarına bu general rəhbərlik edir - FOTO

Qazaxıstana yeridilən KTMT qoşunlarına bu general rəhbərlik edir - FOTO

Dünya

7 Yanvar 2022, 12:04

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik edəcək şəxsin adı məlum olub.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, KTMT-nin Qazaxıstandakı sülhməramlılarına Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək.
 

Andrey Serdyukov 1-ci və 2-ci Çeçen Müharibələrinin, Hərbi Hava Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya (Kosovo) yürüşünün və Rusiyanın Suriyadakı hərbi əməliyyatının iştirakçısıdır...


Hərbi heyətin Qazaxıstana göndərilməsində Rusiyanın 75 hərbi-nəqliyyat təyyarəsi iştirak edir. Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci Əlahiddə Ümumqoşun Briqadasının, 98-ci Hava Desant Diviziyasının və 31-ci Əlahiddə Briqadasının bölmələri Qazaxıstana göndərilib.

 

Sülhməramlılar son sutkada Qazaxıstanın hüquq-mühafizə orqanlarına Almatı hava limanına tam nəzarəti ələ keçirməyə kömək ediblər.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi