Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 403 min 104 nəfərin test edildiyi, 65 min 236 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 38 min 242 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.