Modern.az

Şotlandiyanın atom elektrik stansiyası bağlanır

Şotlandiyanın atom elektrik stansiyası bağlanır

11 Yanvar 2022, 00:51

Şotlandiyada yerləşən "Hunterston B" adlı atom elektrik stansiyası 46 illik elektrik enerjisi istehsalından sonra bağlanır.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, reaktorlarının içərisində çoxsaylı çatların yaranmasından sonra bu barədə qərar qəbul edilib.

 

Stansiya 1976-cı ildə fəaliyyətə başlayıb. Bağlanma nəticəsində stansiyanın 480 işçisindən dörddə biri ixtisar ediləcək.

 

"EDF Energy" şirkətində məxsus stansiya bağlandıqdan sonra üç illik yanacaq boşalma dövründən keçəcək. Bu tamamlandıqdan sonra obyekt tamamilə bağlanacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir