Tayvan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş təyyarəsi bu gün naməlum səbəbdən dənizə düşdüyü qeyd olunur. Təyyarənin pilotu itkin düşüb.
Tayvan Hərbi Dəniz Qüvvələri və digər xidmətlər qəzaya uğrayan təyyarənin pilotunu tapmaq üçün dəniz və quruda axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Akif İsmayılov