Modern.az

\"Qalatasaray\"ın yeni baş məşqçisi

\

11 Yanvar 2022, 20:43

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas məlumat yayıb.

 

O, klubun ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. Elmas 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını qeyd edib.

 

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...