Latviyanın xüsusi xidmət orqanları 2021-ci ildə Rusiya hərbi kəşfiyyatı ilə uzunmüddətli əməkdaşlıqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Leta” agentliyi məlumat yayıb.
Onların müdafiə sənayesi sektoru ilə bağlı məxfi məlumatları Rusiya tərəfinə ötürdüyü iddia edilir.
Latviya istintaqının məlumatına görə, saxlanılanlar Rusiya Federasiyası ərazisində bu ölkənin hərbi kəşfiyyatının nümayəndələri ilə görüşüblər. Saxlanılanlarla bağlı digər təfərrüatlar verilmir.
Akif İsmayılov