Modern.az

Çindən Avropaya gedən dəhlizin aparıcı dövləti - Qazaxıstan REALLIQLARI

Çindən Avropaya gedən dəhlizin aparıcı dövləti - Qazaxıstan REALLIQLARI

Dünya

13 Yanvar 2022, 14:44

Sonuncu üç onillikdir ki, Avrasiya yeni iqtisadi əlaqələr, tranzit üçün infrastrukturun bərpası, həmçinin qlobal iqtisadiyyata regional dövlətlərin inteqrasiyası üçün yenidənəlaqlənmə (reconnection) başlamışdır. Avrasiya regionunda bir sıra iqtisadi inteqrasiya modelləri: Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyi, Çinin təklifi ilə “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Avropa Birliyinin Qonşulıq Siyasəti Proqramı yaradılmışdır. Avrasiyanın qəlbində beş ölkədən təşkil olunmuş, qlobal güclərin periferiyasında “Mərkəzi Asiya” coğrafi regionu yerləşir. Mərkəzi Asiyanın Avrasiyanın ortasında yerləşməsi ilə transmilli yenidənəlaqələnmənin mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

 

Qazaxıstanın Mərkəzi Asiyada inteqrasiya cəhdləri
 

Qazaxıstan strateji baxımından Qərbə və Şərqə arasında yerləşməklə əhəmiyyət qazanmışdır. Qazaxıstan Sovet İttifaqının dağılması və dövlətlərin müstəqillik qazanması ilə, xarici aktorları yeni və sərfəli bazar və tranzit mövqeyi ilə cəlb etmişdir. Yeni nəqliyyat, kommunikasiya, enerji və ticarət əlaqələrinin inkişafı ilə Qazaxıstan Avropa, Şərqi Asiya və hətta Cənubi Asiya arasında tranzit mərkəzinə çevrilmişdir. Qazaxıstanın müstəqillikdən sonra inkişaf strategiyasına Avrasiyada regional əməkdaşlığa və inteqrasiyaya daxil edilmişdir. Nəticədə, inteqrasiya və regional inkişaf üzrə “Nurlu Yol” (2014) strategiyası qəbul olunmuşdur.
 

Rusiya ilə 7000 km sərhəd paylaşması ilə yanaşı, digər Mərkəzi Asiya qonşuları ilə birgə ortaq tarixi paylaşması Qazaxıstanın uzunmüddətli xarici siyasət strategiyasının inkişafına təsir etmişdir. Qazaxıstan Rusiya ilə yaxın siyasi və iqtisadi əlaqələri təmin etmiş və Rusiyanın rəhbərliyi ilə yaradılmış Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya Gömrük Birliyi, Avrasiya İqtisadi Birliyi kimi orqanlarda təmsil olunmuşdur. Qazaxıstan xarici siyasətini multivektoral xaraterizə gətirərək, çoxsahəli tərəfdaşlığa açıq olduğunu bəyan etmişdir. Rusiya ilə yaxın tərəfdaşlıqla yanaşı, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Çin ilə də müvafiq formada əlaqələr qurmağa müvəffəq olmuşdur. Məlumdur ki, Avropa və Amerika şirkətləri Qazaxıstanda neft sanəyesinə ciddi yatırımlar etmişlər, Çin isə Qazaxıstanın ən böyük ticarət tərəfdaşına çevrilmişdir. Qazaxıstan Hindistan, İran, Türkiyə kimi regional güclərlə də münasibətlərini, xüsusilə ticarət əlaqələrini gücləndirməyə nail olmuşdur.
 

Qazaxıstan Avrasiyada regional əməkdaşlıq və inteqrasiyanı ən çox dəstəkləyən ölkə olmuş və geosiyasi baxımından inteqrasiya üçün əlverişli mövqeyə malik idi. Təsadüfi deyildi ki, Avrasiya İttifaqı ideyasi ilk dəfə prezident Nazarbəyov 1994-cü ildə təklif etmişdir, Çin Kommunist Partiyasının lideri Xi Jinping “Bir Kəmər, Bir Yol” təşəbbüsünü 2013-cü ildə Qazaxıstanda Nazarbəyov Universitetində çıxışı zamanı elan etmişdir.  Qazaxıstanın xarici siyasət konsepsiyasının əsasında Mərkəzi Asiyada siyasi stabillik, davamlı və təhlükəsiz iqtisadi inkişaf dayanırdı. Mərkəzi Asiyanın beş dövlətinin əməkdaşlığı artırmaq cəhdləri bəziləri üçün skeptik görünürdü, bunun önəmli səbəblərindən biri də yeni nəsilin özkimlik (identiklik) məsələsinə daha dərindən fokuslaşması idi. İpək Yolu İqtisadi Kəmər təşəbbüsü ilə ölkələr arasında sərhəd və qarşılıqlı çəkişmələr azalmış, nəqliyyat və iqtisadi layihələr üzrə əməkdaşlıqlar artmışdır.

Təəssüf ki, beş ölkə arasında ticarət dövriyyəsində ciddi dəyişiklik baş verməmişdir. Mərkəzi Asiya ölkələri arasında ciddi formada su resusrları ilə bağlı çətinlliklər vardır, əhalinin sayının artması ilə bu problemlər daha da ciddiyyət qazanmışdır. Bu məsələnin həlli üçün 2015-ci ildə digər Mərkəzi Asiya ölkələrinin razılığı ilə Qazaxıstan regional  hidroelektrik konsorsium  (Rogun) inşa olunmasını təklif etmişdir. Qazaxıstan və Qırğızıstan arasında 2006-cı ildə su paylaşımı əməkdaşlığı mövcuddur və bəzi ekspertlər hesab edir ki, su məsələsi ilə bağlı problemin həlli Mərkəzi Asiya dövlətləri arasında regional əməkdaşlıq üçün təkan ola bilər.

 

Qazaxıstanın qlobal və regional güclərlə balanslı siyasət strategiyası
 

Rusiya Qazaxıstanın ən vacib tərəfdaşıdır. Qazaxıstan rəsmiləri tərəfindən Rusiya təşəbbüslü birliklərdə yer alması yalnız Qazaxıstanın maraqları və suverenliyinin üstün tutulması şərti daxilində əməkdaşlığa üstünlük verilmişdir. Rusiyanın ortaq valyuta təklifi və Ukranyna böhranından və Rusiya ilə yanaşı, Avrasiya İqtisadi Birliyinin sanksiyalara məruz qalmasından sonra 2014-cü ilin avqustunda prezident Nazarbəyov Qazaxıstanın maraq və suverenliyi ilə bağlı təhlükə yaranarsa Birlikdə üzvlükdən geri çəkilməsi haqqında açıqlama vermişdir. Ukrayna böhranı Qazaxıstan cəmiyyətində Rusiyaya qarşı  neqativ münasibət yaratmışdır, lakin yerli iqtidar Rusiya ilə iqtsadi münasibətləri davam etmək üzrə qərar qəbul etmişdir. Bu da Qazaxıstanla digər əsas ticarət tərəfdaşları arasında münasibətlərin korlanmasına səbəb olmuşdur. “Ərəb baharı” hadisələri də Qazaxıstanı təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı müvafiq formada davam etdirilməsi yönümdə qərar almağa sövq etmişdir.
 

Qazaxıstan Çin ilə geniş iqtisadi əlaqələri qurmağa nail olmuşdur. İki ölkə arasında münasibətlər Çinin “Bir Kəmər, Bir Yol”  təşəbbüsünün elan olunması, sənayenin inkişafı, tranzit və enerji infrastrukturunun  Qazaxıstan daxil olmaqla Mərkəzi Asiyada yatırım strategiyası ilə gücləməyə başlamışdır.  Çin və Qazaxıstan arasında ticarət münasibətləri üç dəfə artım qazanmışdır. Çin Urumçi bölgəsi yaxınlığında, Qazaxıstanın İrıtış və İli çayları üzərində hidroelektrik məntəqələri inşa etmişdir. Çini Mərkəzi Asiyada Qazaxıstanda inkişaf və sabitlik üçün xüsusi maraqlarından biri də Xinjiang Uyğur Avtonom Regionda narahatlığı ilə bağlıdır, belə ki Qazaxıstan regionla uzun sərhəd paylaşır.
 

Qazaxıstan Amerika Birləşmiş Ştatları üçün geosiyasi balanslı mövqeyi və təbii resursları baxımından əhəmiyyətlidir. ABŞ qoşunlarının Afqanıstandan çıxarılması ilə Mərkəzi Asiyada, iqtisadi və regional inkişaf təşəbbüsü həyata keçirilməsində ABŞ-dan dəstək gözləyən Qazaxıstandakı proseslərdə iştirakında geriləmənin başlamasına səbəb olmuşdur. Qazax ekspertlər bu yanaşmanı ABŞ-ın Yeni İpək Yolu təşəbbbüsün həyata keçirilməsinə mane olmaq məqsəd ilə ola biləcəyini qeyd edirdilər. Qazaxıstan digər Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, KTMT üzvü olsa da NATO ilə də  yaxın əlaqələri mövcuddur, belə ki Qazaxıstan NATO-nun Sülh naminə Tərəfdaşılıq proqramına qoşulmuş, müdafiə və təhlükəsizlik qabiliyyətini artırmaq üçün Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı imzalamışdır.
 

Avropa İttifaqı Qazaxıstan üçün mühüm tərəfdaşlardan biridir. Avropa İttifaqı iqtisadi baxımından Qazaxıstan üçün lazımi imkanlar təqdim etsə də, siyasi cəhətdən Rusiya, ABŞ və Çindən geri qalmışdır. Avropa İttifaqı infrastruktur, nəqliyyat və təhsil layihələrinə maliyyə ayırmışdır. 1992-ci ildə Avropa İttifaqı Şərqi Asiyaya kontinental ticarət dəhlizi vizyonunu inkişaf etdirən TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) kimi tanınan təşəbbüsə başlamışdır. TRASEKA nəqliyyat və tranzit dəhlizinin inkişaf etdirilməsi yolu ilə ölkələrin dünya bazarlarına çıxışını asanlaşdırmağa, həmçinin qədim İpək Yolunun canlandırılmasına yönəlmişdir. TRASEKA əsasında Trans-Xəzər Dəhlizi Çindən başlayaraq Qazaxıstandan vasitəsilə Mərkəzi Asiyadan, Xəzər dənizindən keçərək Cənubi Qafqaza və Türkiyəyə gedən ticarət yolu Aİ-na gedən nəqliyyat dəhlizidir. Aİ nöqteyi-nəzərindən Trans-Xəzər dəhlizinin Çin-Avropa İttifaqı ticarətini təşviq etmək, eləcə də Aİ-nin Rusiyadan asılılığını aradan qaldıraraq Mərkəzi Asiyada enerji bazarlarına çıxışını təmin etmək üstünlüyü verir. Qazaxıstan 2010-cu ildə ATƏT-ə sədrlik edən ilk Mərkəzi Asiya dövləti olmuşdur və bununla beynəlxalq arenada vizyonunu inkişaf etdirməyə müvvəfəq olmuşdur. 2014-cü ildə Almaniya xarici işlər naziri Şaynmeyer Qazaxıstana səfəri zamanı iqtisadi əməkdaşlıq və enerji və infrastruktur inkişafına diqqət çəkmişdir, eyni ildə Fransa prezidenti Hollande səfəri zamana ikitərəfli ticarət və investisiya üzrə münasibətlər haqqında qeyd etmişdir. Qazaxıstan Fransa üçün ən böyük uran təminatçısıdır və atom enerjisi sənayesində istifadə olunur. Qazaxıstan isə Fransadan silah və elektrik və texniki vasitələr almaqdadır. Qazaxıstan mövcud dönəmdə Ukranyna böhranı səbəbilə soyuqlaşan Avropa İttifaqı-Rusiya münasibətlərinini normallaşdırmaq üzrə danışıqlarda vasitəçi kimi çıxış etmişdir.


Qazaxıstan Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməklə geosiyasi baxımından balanslı siyasəti izləməyə çalışmışdır. Dərin etnik və mədəni irsdən gələn münasibətlər iqtisadi əlaqələrin möhkəmlənməsi ilə nəticələnmişdir. Sovet İttifaqının dağılmasından sonra Türkiyənin Mərkəzi Asiyada siyasi maraqları dəyişmişdir, lakin daxili problemlər, yaxın qonşuluğunda baş verən siyasi çəkişmələr, müharibələr Türkiyənin regiona fokuslanmağına mane olmuşdur. Qazaxıstan digər türk-dilli dövlətlər kimi Türk Şurasının üzvü olsa da, təşkilat türk-dilli dövlətlər arasında münasibətlərin inkişafına lazımi töhfə verə bilməmişdir.
 

İran Qazaxıstan üçün birinci dərəcəli əhəmiyyətli tərəfdaş deyildir. İran Qazaxıstana Fars Körfəzinə çıxması üçün lazımdır, həmçinin İranla Xəzər dənizi ilə bağlı məsələlərdə əməkdaşlıq əldə olunmuşdur. Qazaxıstan İranla ona qarşı elan edilən sanksiyalar zamanı münasibətlərini davam etdirmişdir. Qazaxıstan nüvə silahı ilə bağlı İranla ABŞ  arasında danışıqlarda vasitəçi ola biləcək yeganə dövlət kimi təqdim olunmuşdur.

 

Regional enerji və tranzit məsələlərində Qazaxıstanın rolu
 

Enerji qiymətləri Qazaxıstanın dünyaya çıxışı üçün ən önəmli məsələlərdən biridir. Müstəqillikdən sonra Qazaxıstan enerji resurlarına ehtiyacı olan, ümumiyyətlə xarici şirkətlərin diqqət mərkəzində olmuşdur və neft sahəsinə ciddi yatırımlar yatırılmışdır. Neftdən əldə olunan gəlirlər sayəsində Qazaxıstan iqtisadiyyatı ciddi formada inkişafına nail olmuşdur. Qazaxsıtan neft və bu sahə ilə bağlı məhsullarını Rusiya vasitəsilə dünyaya çıxarmışdır. Xəzər Kəməri Konsortiumu Qazaxıstan neftinin Qara dənizdə rus portu Novorossiysk  vasitəsilə daşınmasını baş tuturdu. Korsortuma nəzarət müxtəlif səhmdarlar vasitəsilə həyata keçirilirdi, Rusiya Qazaxıstanın neft resursları üzərində tam nəzarəti həyata keçirmək üçün Konsortimun fəaliyyətini genişlənməsinin əngəl törədirdi. Bəzi qazax rəsmilər Konsortumun fəaliyyətinin icrasında Rusiyadan asılığını potensial risk kimi qiymətləndirirdi. Çin də neftə olan ehtiyacının 16%-ni Qazaxıstandan alır, bununla yanaşı Qazaxıstan Xəzər dənizi və Azərbaycan vasitəilə Baku-Tbilis-Kars boru kəməri və ya Qara dəniz portları vasitəsilə Türkiyə və Gürcüstandan keçərək Avropaya neft ixrac edirdi. Qazaxıstan neftini 76%-i Avropa göndərir ki, bu da Avropanın enerji ehtiyacını qarşılamaq üçün önəmlidir. Beləliklə, enerji  məsələsi üzrə Mərkəzi Asiyadan Avropaya Rusiyanın nəzarətində olmayan dəhliz yaranmışdı, bu eyni zamanda Qazaxıstan neftinin Rusiya vasitəsilə daşınması aslılığının son qoya bilərdi. Qazaxıstan neftlə yanaşı qaz ixracı da həyata keçirirdi, həmçinin Türkmən və Özbək qazının Rusiya və Çin bazarlarına çatdırılması üçün əhəmiyyətli tranzit ölkəsidir. Qazaxıstan dəmiryolu nəqliyyatı infrastrukturunun inkişafına əsas prioritet hesab edirdi. Mərkəzi Asiya əlaqələlənmənin təmin olunması üçün yaradılıan Mərkəzi Asiya İqtisadi Regional Əməkdaşlıq Proqramı (CAREC) nəzərdə tutulan altı dəmiryol nəqliyyat  layihəsindən dördü Qazaxıstan keçirdi. Qazaxıstan Avropa və Asiya arasında strateji əhəmiyyətinin qoruyurdu. Buna əlavə olaraq, Qazaxıstan Şimal-Cənub Beynəlxalq Nəqliyyat  Dəhlizi və Trans-xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihələrində də tərəfdaşdır. Xəzər vasitəsilə  dəniz nəqliyyatı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir, belə ki İrana sanksiya tətbiq olunarkən, Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya çıxışını təmin etmişdir.
 

Qazaxıstan Çinin Yeni İpək Yolu təşəbbüsü çərçivəsində nəzərdə tutulan, Rusiyanın iştirakı olmadan Çindən Avropaya gedən əsas dəhlizin aparıcı dövlətidir. Eyni zamanda, Avropanı ehtiyacı olan enerji ilə təmin edən dövlət, həmçinin türk dövlətləri birliyi üçün önəmli şahmat fiqurudur. Qazaxıstandakı siyasi proseslər Avropa və Çini yaxından narahat etməlidir, belə ki Qazaxıstan nefti və qazının Avropaya çata bilməməsi, Avropanın enerji məsələsində Rusiyadan asılılığa düçar edə bilər. Çin isə Rusiyadan asılı olmadan Avropa bazarına çıxmaq üçün nəzərdə tutulan əsas dəhliz yolunu itirərək,  təkrar Rusiyadan asılığa düçar ola bilər. Şimal dəhlizi kimi adlandırılan və Avropaya çıxışı hədəfləyən Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa İttifaqı yolu, Rusiya və Belarusa qarşı sanksiya və siyasi təzyiqlər səbəbindən tamamilə işləkliyini itirə bilər. Əlavə olaraq, Şimal dəhlizi aşağı keyfiyyətli infrastruktur və hava şəraiti ilə bağlı ən əlverişsiz maşurut hesab olunur ki, Çindən Avropaya daşınmanı digər yollarla müqayisədə iki dəfə daha gec həyata keçirilməsinə səbəb olur.
 

Çinin baş verən proseslərə səssiz qalması "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində müəyyən olunmuş altı iqtisadi-nəqliyyat dəhlizindən başqa yeni yol ideyasının gələcəkdə yaranma ehtimalıdır, belə ki qlobal iqlim dəyişiklikləri Artikada buzların əriməsilə Çindən Avrapanın son nöqtəsinə yeni birbaşa dəhliz açıla biləcəyi ilə bağlı proqnozlar mövcuddur. Belə bir dəhlizin yaranması hazırkı yollardan məsafəni yarıya  qədər azaltmış olacaqdır. Bu vəziyyətdə, Rusiya yenə də əsas aparıcı fiqur olacaqdır. Lakin çətin coğrafi şərait və Artikada Kanada, ABŞ və Skandinaviya ölkələrinin də sərhədlərinin olduğunu nəzərə alaraq ortaq əməkdaşlıq və siyasətin həyata keçirilməsinə ehtiyac olacaqdır.



 

Aytən Əliyeva,
Vyana Universiteti Sosial Elmlər İnstitutu,
Siyasi Elmlər fakültəsinin doktorant

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi