Modern.az

Eks-müdafiə nazirinin məhkəmə günü təyin olundu

Eks-müdafiə nazirinin məhkəmə günü təyin olundu

13 Yanvar 2022, 17:05

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyanın məhkəmə önünə çıxarılacağı gün məlum olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tonoyanla bağlı ilk məhkəmə iclasının vaxtı yanvarın 19-na təyin edilib.

Vəkilləri bildiriblər ki, onlar məhkəmə günü həbsin ləğvi ilə bağlı vəsatət verəcəklər.

Xatırladaq ki, Davit Tonoyan 2 milyon 277 milyon 323 min dram vəsaiti mənimsəməkdə, saxtakarlıq və ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu işdə həmçinin, Ermənistanı silahla təmin edən şirkətin rəhbəri David Qalstyan və Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalstyan da ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal