Modern.az

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya

13 Yanvar 2022, 20:13

Avropa İttifaqı (Aİ) 2014-cü ildə Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini iyulun 31-dək uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat yayılıb.

 

Sanksiyaların uzadılması barədə qərar Minsk razılaşmalarının statusunun son qiymətləndirilməsi ilə əlaqədar qəbul edilib.

 

“İlk dəfə 2014-cü il iyulun 31-də Rusiyanın Ukraynadakı vəziyyəti sabitsizləşdirən hərəkətlərinə cavab olaraq tətbiq edilən hazırkı sanksiyalar bəzi Rusiya bankları və şirkətlərinin Aİ-nin ilkin və təkrar kapital bazarlarına çıxışını məhdudlaşdırır, Rusiyaya münasibətdə maliyyə yardımı və vasitəçilik formalarını qadağan edir”, - deyə məlumatda bildirilir.

 

Sanksiyalar, həmçinin, müdafiə ilə bağlı bütün materialların birbaşa və ya dolayı yolla idxalını, ixracını və ya ötürülməsini qadağan edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama