ABŞ-ın "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı aparatı 105 peykin orbitə çıxarılması və Yerə qayıtması missiyasını yerinə yetirib.
Modern.az xəbər verir ki, kosmosa buraxılan qurğular arasında Ukraynanın “Yujmaş” şirkəti tərəfindən 2019-cu ildə istehsal olunmuş “Sich-2-30” peyki də var.
Peyk son on ildə Ukraynanın orbitə buraxılan ilk kosmik aparatıdır.
"Siç-2-30" orbitə daxil olduqdan sonra Ukrayna ərazisi üzərində uçaraq missiyanın idarəetmə mərkəzi ilə əlaqə saxlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski peykin kosmosa uğurla buraxıldığını qeyd edib.
Akif İsmayılov