Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Instaqram onun BƏƏ-də olduğunu müəyyən etdikdən sonra qəfildən sosial media hesablarını silib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Aliyə Qazaxıstandakı iğtişaşlara münasibət bildirən ilk ailə üzvü olandan bir müddət sonra baş verib.
Bununla belə, istifadəçilər Instagram-ın onun coğrafi yerini avtomatik olaraq Birləşmiş Ərəb Əmirlikləri olaraq təyin etdiyini görüblər.
Bundan əvvəl “The Sunday Telegraph” qəzeti yazıb ki, Aliyə Nazarbayeva 2006-cı ildə Qazaxıstandan 300 milyon dollar çıxararaq London və Dubayda daşınmaz əmlak və şəxsi təyyarə alıb.