Modern.az

Gürcüstan XİN başçısı Brüsselə gedir

Gürcüstan XİN başçısı Brüsselə gedir

14 Yanvar 2022, 18:20

Gürcüstanın xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsselə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Zalkaliani səfər çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüş keçirəcək.

 

Görüşün məqsədi davam edən NATO-Rusiya dialoqu ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparmaqdır.

 

Görüşdə həmçinin, NATO-Gürcüstan əməkdaşlığı və Avro-Atlantik zonadakı mürəkkəb təhlükəsizlik mühitinin müzakirə ediləcəyi bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI