Türkiyənin milli resurslarla inkişaf etdirdiyi "Ufuk" (A-591) adlı ilk kəşfiyyat gəmisi rəsmi olaraq istifadəyə verilib.
Modern.az xəbər verir ki, gəminin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Gəmi Türkiyənin Hərbi Dəniz Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı tərəfindən birgə istifadə ediləcək.
Gəminin inşa edilməsi üçün nəzərədə tutulan layihə 207-ci ildə başlayıb. Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində gəmi STM şirkəti tərəfindən hazırlanıb.
Uzunluğu 99,5 metr, eni 14,4 metr olan gəmi 110 nəfər personalı daşıya bilir. “Ufuk" ağır iqlim şəraitində45 gün fasiləsiz naviqasiya edərək milli təhlükəsizliyə təhdidləri anında aşkarlaya biləcək.
Akif İsmayılov