Modern.az

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar - RƏSMİ

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar - RƏSMİ

15 Yanvar 2022, 11:16

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdi.

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 

"2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul edilmişdi.
2021-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər arasında Ukrayna, Tacikistan, Qazaxıstan, Ermənistandan olanlar öndə gedir”, - Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik həmçinin qeyd edib ki, 2021-ci ilin 11 ayı ərzində 800-dən çox, 2020-ci ilin eyni dövründə 950-yə yaxın, 2019-cu ildə isə 730-a yaxın xarici yüksək ixtisaslı mütəxəssis Rusiya vətəndaşlığına qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu