Modern.az

\"Omicron\" Pekinə çatdı

\

15 Yanvar 2022, 18:40

Çinin paytaxtı Pekin şəhərində koronavirusun "Omicron" ştamına ilk yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, yoluxmuş şəxs şəhərin şimal-qərbindəki Haydian rayonunda aşkarlanıb.

 

Xatırladaq ki, ötən ilin dekabrın 13-də Çində "Omicron" ştamına ilk yoluxma halı Pekindən 150 km aralıda yerləşən Tyantszin şəhərində qeydə alınıb. Yoluxmuş şəxs ölkəyə dekabrın 9-da xaricdən gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama