Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 177 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 384 min 263 nəfərin test edildiyi, 63 min 967 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 52 min 016 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.