Modern.az

Türkiyədə COVID testi ilə bağlı ləğv edilən qərar yenidən qüvvəyə mindi

Türkiyədə COVID testi ilə bağlı ləğv edilən qərar yenidən qüvvəyə mindi

16 Yanvar 2022, 22:11

Türkiyədə koronavirus üçün PCR testi ilə bağlı dünən ləğv edilən qayda bu gün yenidən qüvvəyə minib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin valiliklərə göndərdiyi yeni təlimata əsasən, təyyarə ilə  şəhərlərarası səyahət zamanı peyvənd olunmayan, vaksinaisya prosesini tamamlamayan və son 180 gün ərzində virusa yoluxmayan şəxslərdən PCR testi tələb olunacaq. 

 

Konsert, kino və teatr zallarında, məktəblərdə çalışanlara, dövlət və özəl sektorda işləyənlərə, tələbə-şagird düşərgələrinə qatılacaq iştirakçılara PCR testi tələbi qoyulmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal