Modern.az

Kanada Rusiyanı sanksiya ilə hədələdi

Kanada Rusiyanı sanksiya ilə hədələdi

Dünya

20 Yanvar 2022, 20:13

Kanadanın xarici işlər naziri Melani Coli Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşüb.


Modern.az xəbər verir ki, bu barədə Kanada XİN məlumat yayıb.

 

Nazir görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanı gərginliyi azaltmağa çağırıb.

 

O qeyd edib ki, Rusiya Ukraynaya hücum edərsə, Kanada Moskvaya ciddi sanksiyalar tətbiq edəcək.

 

Coli Aİ-nin sanksiyalar vasitəsilə çəkindirməsini yüksək qiymətləndirdiklərini və Kanadanın maliyyə sektoru baxımından əlavə tədbirlər görməyə hazır olduğunu bildirib.

 

Akif İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal