Modern.az

Moldova \"Qazprom\"a borcunu ödədi

Moldova \

20 Yanvar 2022, 23:26

Moldovanın “Moldovaqaz” qazpaylayıcı şirkəti “Qazprom”a olan borcunu ödəyib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Şirkət qazın verilişinin dayandırılması ilə bağlı xəbərdarlıqdan sonra 34 milyon ABŞ dolları ödənişi tam həcmdə "Qazprom"a köçürüb.

 

Qeyd edək ki, ötən ilin sonlarında Moldova və Rusiya arasında qaz tədarükünə dair müqavilənin müddətinin uzadılması ilə bağlı problem yaranmışdı. Oktyabrda “Moldovaqaz” və “Qazprom” yanacaq tədarükü üzrə müqaviləni beş il müddətinə uzadıb.

 

Onun mühüm müddəası hər ayın 20-dək əvvəlki ayda istehlak edilmiş qazın dəyərinin, eləcə də cari ayda istehlak edilmiş həcmin yarısının ödənilməsi barədə razılıq əldə olunması idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal