Modern.az

İŞİD terrorçuları həbsdən qaçdı

İŞİD terrorçuları həbsdən qaçdı

21 Yanvar 2022, 00:02

Suriyanın Həsəkə şəhərində yerləşən Sanavia həbsxanasından 20 məhkum qaçıb.

 

Modern.az “Al Mayadeen” kanalına istinadən xəbər verir ki, qaçanlar arasında İŞİD terrorçuları da var.

 

Terrorçuların qaçmasına kömək edən şəxslər həbsxananın qarşısında 2 avtomobil partladıblar.

 

Qaçan terrorçuların axtarışına başlanılıb. Axtarışlara ABŞ ordusunun helikopterləri də cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal